Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.tereson.az saytı (bundan sonra “Veb-sayt”) və/və ya *** mobil tətbiqi (bundan sonra “Mobil tətbiq”) ilə Veb-saytın və/və ya Mobil tətbiqin istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta və/və ya Mobil tətbiqə həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.

www.tereson.az veb-saytının/mobil tətbiqinin “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

  1. MƏXFİLİK ŞƏRTLƏRİ
    • İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları tereson.az internet mağazasının saytında/mobil tətbiqində formanı dolduraraq təqdim edir və aşağıdakı məlumatları daxil edir:
      • İstifadəçinin soyadı, adı;
      • İstifadəçinin əlaqə telefonu;
      • Elektron ünvan (e-poçt);
      • Malın çatdırılma ünvanı;
    • Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (alış-verişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır.

 

 

  1. İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ
    • İnternet-mağaza saytının/mobil tətbiqinin rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir:
      • İnternet-mağaza saytında/mobil tətbiqində qeydiyyatdan keçmiş İstifadəçinin identifikasıyası, sifarişin qəbul edilməsi və ya malların alqı-satqı Müqaviləsinin bağlanması üçün;
      • İnternet-mağaza saytının/mobil tətbiqinin resurslarına İstifadəçinin girişi üçün;
      • İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin İnternet-mağaza saytı/mobil tətbiqi ilə bağlı məlumat, sorğu, xidmətlərin göstərilməsi (İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla);
      • İnternet-mağaza saytının/mobil tətbiqinin İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün;
      • İstifadəçiyə sifariş verdiyi məhsulun çatdırıla bilməsi üçün;
      • İnternet-mağaza saytının/mobil tətbiqin istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərməsi üçün;
      • İstifadəçinin razılığı ilə məhsulun yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və İnternet-mağaza və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün;
      • İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün;
      • İstifadəçinin İnternet-mağazanın tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün.

 

  1. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
    • İstifadəçinin öhdəlikləri:
      • İnternet-mağaza saytından/mobil tətbiqindən istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək;
      • Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək.
    • Saytın/Mobil tətbiqin Rəhbərliyinin öhdəlikləri:
      • Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 2-ci bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək;
      • Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq
      • İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən mümkün tədbirlər görmək.
      • Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatı bloklamaq.

 

  1. ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ
    • İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.
    • İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, rabitə operatorlarına) tereson.az internet mağazasının saytında/mobil tətbiqində qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir.
    • İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.

 

  1. ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
    • Sayt/Mobil tətbiq Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılığı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir.
    • Yeni Məxfilik siyasəti onun internet-mağazanın saytında/mobil tətbiqində yerləşdirilməsi anından qüvvəyə minir (əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa).
    • Bu Məxfilik siyasəti ilə əlaqəli bütün təkliflər və suallar ilə bağlı info@tereson.az ünvanına müraciət edilməlidir.